İşsiz əhaliyə şad xəbər: Milli Məclis Qanun qəbul etdi

image-1639501743_manat_280319backend

İşsizlikdən sığorta ödənişi alan şəxslərin əhatə dairəsi genişləndiriləcək.

Busaat.az-un xəbərinə görə, bununla bağlı bu gün Milli Məclisin plenar iclasının müzakirəsinə çıxarılan “İşsizlikdən sığorta haqqında” qanuna dəyişiklik edilib.

Həmçinin sığorta ödənişinin alınması üçün 3 aylıq gözləmə müddətinin ləğv edilməsi nəzərdə tutulub.

Qanuna dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

Xatırladaq ki, dəyişiklik layihəsi “İşsizlikdən sığorta fondunun 2021-ci il büdcəsi haqqında” Azərbaycanın 2020-ci il 29 dekabr tarixli 235-VIQ nömrəli qanununun tətbiqi barədə” Azərbaycan Prezidentinin 2020-ci il 30 dekabr tarixli 1233 nömrəli Fərmanının icrası çərçivəsində hazırlanıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki