“İstefa vermirəm” – Pirlo

image-146571backend

“Yuventus”un baş məşqçisi Andrea Pirlo A seriyasının 35-ci turunda evdə “Milan”a uduzduqları matçdan (0:3) sonra istefaya göndəriləcəyi ilə bağlı xəbərlərə münasibət bildirib.

Busaat.az “Football İtalia”ya istinadən xəbər verir ki, 42 yaşlı mütəxəssis işini tərk etmək fikrində olmadığını deyib:

“Düzgün düşüncə və konsentrasiya ilə məşq etdik. Əla oyun göstərə biləcəyimizə əmin idik. Ancaq tamamilə fərqli olduğu ortaya çıxdı. Oyuna yaxşı başladıq, ancaq sonra nəzarəti itirdik və bu nəticəni qazandıq. İndi hər şeyi izah etmək çətindir. Bir çox komponent işləmədi. Belə bir vacib oyunu 0:3 hesabı ilə uduzmaq çox şeyin alınmadığını göstərir. Bir analiz aparmalıyam, sonra futbolçularla sakit bir başla müzakirə etməliyəm. İstefaya getməyə hazıram, ya bunu düşünmüşəm? Xeyr. Mən getmirəm. Müəyyən çətinliklərə baxmayaraq, böyük həvəslə bu vəzifəni qəbul etmişəm. Qarşıda daha 3 oyun var, ona görə imkan verildiyi müddətdə işimi görməyə davam edəcəyəm”.

Qeyd edək ki, “Yuventus” hazırda A seriyasının turnir cədvəlində 69 xalla 5-cidir.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90