İstənilən şəraitdə Messini buraxmazdım- Ronaldo

İstənilən şəraitdə Messini buraxmazdım- Ronaldobackend

Əfsanəvi braziliyalı futbolçu Ronaldo “Barselona”nın kapitanı Lionel Messinin hazırkı durumuna münasibət bildirib.

Busaat.az xəbər verir ki, “Valyadolid” klubuna prezidentlik edən “yekədiş” argentinalının Kataloniya təmsilçisində qalmalı olduğunu düşünür.

Onun sözlərinə görə, “Barselona” meydanda Messiyə kömək edəcək oyunçularla güclənməlidir: “Messi komandasının əsas oyunçusudur. “Barselona”nın rəhbərliyində olsaydım, istənilən şəraitdə onu buraxmazdım. Leo möhtəşəm oyunçudur və klubuna bağlıdır. Anaq Çempionlar Liqasındakı məğlubiyyətindən sonra vəziyyət daha da ağırlaşdı. Hər halda komanda yoldaşları Messiyə kömək etməlidirlər. “Barselona” gələn mövsüm üçün nəyisə dəyişməyə çalışmalıdır. Ancaq əsas oyunçusunun ayrılması çıxış yolu deyil”.

Qeyd edək ki, “Barselona” 2019/20 mövsümünü titulsuz başa vurub.

Sportfan.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90