İsveç iqlim dəyişikliyinin təsirlərini azaltmaq üçün İraqa 10 milyon dollar bağışladı

image-isvecbackend

İsveç iqlim dəyişikliyinin təsirlərini yumşaltmaq səylərini dəstəkləmək üçün İraqa 10,2 milyon dollar bağışlayıb.

Busaat.az xəbər verir ki, bu barədə İraqın rəsmi xəbər agentliyi İNA məlumat yayıb.

Məlumata görə, İraq Kənd Təsərrüfatı Nazirliyinin müavini Misak Əbdülhüseyin, İsveçin iqlim dəyişikliyindən ən çox əziyyət çəkən ölkələrə beynəlxalq yardımları çərçivəsində İraqı dəstəklədiyini bildirib.

Əbdülhüseyn bildirib ki, 10,2 milyon dollarlıq ianə yerli insanlara ölkənin mərkəzi və cənub bölgələrində ağıllı kənd təsərrüfatı proqramlarını inkişaf etdirmək, sudan istifadəni yaxşılaşdırmaq və fermerlərin həyatda qalmaq üçün mübarizəsini dəstəkləmək üçün istifadə olunacaq.

Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) İraq nümayəndəsi Salah əl-Hac Həsən bildirib ki, qrant sazişi FAO ilə əməkdaşlıq çərçivəsində İsveçin İraq səfiri Cessika Svardstromun iştirakı ilə paytaxt Bağdadda imzalanıb.

Həsən bildirib ki, ianə ağıllı su istifadəsi, yeni əkinçilik texnikası və yerli istehsalın inkişafı vasitəsilə iqlim dəyişikliyinin mənfi təsirlərini azaltmaq üçün vacibdir.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90