İsveç rəsmisi Stenströmdan ETİRAF: İsveçdə mütəşəkkil cinayətkar dəstələr PKK-nı maliyyələşdirir

image-isvecbackend

İsveçin NATO-ya Üzvlük Baş Müzakirəçisi Oskar Stenström, terror təşkilatı PKK/YPG-nin ölkədəki vəziyyəti ilə bağlı, “İsveçdə mütəşəkkil cinayət qrupları PKK-nı maliyyələşdirir. Finlandiyadan fərqli olaraq PKK-nın İsveçdə daha çox maliyyə qaynağı var”, – deyə etiraf edib.

Busaat.az xəbər verir ki, İsveç dövlət radiosu SR-ə danışan Stenström, Türkiyə, İsveç və Finlandiya arasında NATO-ya üzvlüklə bağlı üçtərəfli mexanizm iclasının bərpası üçün gələn həftə Türkiyə ilə əlaqə saxlamağı düşündüyünü söyləyib.

Stenström, “Hazırda faydalı və etibarlı bir görüş olmayacağına görə, bir araya gəlib müzakirə etmək mənasız olardı, bəlkə də bu, prosesi daha da çətinləşdirər. Bununla belə, üzbəüz görüşlərin davam etməsi üçün gələn həftənin əvvəlində Türkiyə tərəfi ilə əlaqə saxlamaq niyyətindəyəm”, – qeyd edib.

İsveç və Finlandiya ilə Daimi Müştərək Mexanizm görüşlərinin təxirə salınması ilə bağlı Stenström bildirib: “Görülənlər qanuni olsa da, Türkiyədəki Stokholm səfirliyi qarşısında Quran-i Kərimin yandırılması bütün dini dəyərləri təhqir etdi. Bu, NATO danışıqları üçün heç də müsbət deyil, acınacaqlı vəziyyətdir və biz bununla bağlı öz fikirlərimizi bildirmişik”.

Terror təşkilatı PKK/YPG ilə bağlı da açıqlamalar verən Stenström Türkiyənin İsveçə Finlandiyadan daha çox diqqət yetirməsinin səbəbi kimi terror təşkilatı PKK/YPG-nin İsveçdə daha çox pula sahib olmasına diqqət çəkib.

Stenström əlavə edib: “İsveçdə mütəşəkkil cinayət dəstələri PKK-nı maliyyələşdirir. Finlandiyadan fərqli olaraq PKK-nın İsveçdə daha çox maliyyə qaynağı var”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90