İsveçrə Federal Parlamentinin mətbu orqanında erməni lobbisinə zərbə

İsveçrə Federal Parlamentinin mətbu orqanında erməni lobbisinə zərbəbackend

Son zamanlar digər Avropa ölkələrində olduğu kimi İsveçrədə də ciddi təsiri olan erməni lobbisinin fəallaşması və öz yalanlarını İsveçrə cəmiyyətində, xüsusən də munisipal, kantonal və federal parlamentlər daxilində yaymasına qarşı Azərbaycanın İsveçrədəki səfirliyi tərəfindən kantonal və federal səviyyədə strateji addımlar atılmaqda və tədbirlər görülməkdədir.

Busaat.az  xəbər verir ki, bu xüsusda İsveçrədə ən nüfuzlu, ən çox oxunan və ən böyük mətbu orqanlarla məqsədyönlü işlər görülmüş, qəzet, jurnal, radio kanallarında çoxsaylı yazılı, şifahi və video müsahibələr verilib. Belə canlı video müsahibələrdən biri İsveçrə Federal Parlamentində, İsveçrə Xarici İşlər Nazirliyində, eləcə də digər dövlət qurumlarında yüksək reytinqə malik olan sağçı siyasi mətbu orqan sayılan “Die Weltwoche”də baş tutub.

İsveçrəli jurnalist Florian Şvabın erməniyönümlü suallarının sezildiyi video-müsahibədə səfir ilk olaraq ikinci Qarabağ müharibəsi haqqında ətraflı məlumat verərək Ermənistanın həm siyasi müstəvidə, həm döyüş meydanında Azərbaycan qarşısında aciz qaldığını və müharibədə ciddi itkilərlə məğlub olduğunu tamaşaçıların diqqətinə çatdırmışdır. Səfir bildirmişdir ki, bu müharibədə ölkəmizin qələbə qazanılmasında xalq-hakimiyyət vəhdətinin, Ali Baş Komandanımızın qətiyyətinin və ordumuzun misilsiz rolu vardır. Rusiya, Azərbaycan və Ermənistan arasında imzalanan Bəyanatın əhəmiyyətindən bəhs edən diplomat müharibənin bitməsinin regionun təhlükəsizliyi, siyasi və iqtisadi inkişafı üçün mühüm rolunu vurğulamışdır. Səfir qeyd etmişdir ki, müharibənin bitməsi ilə öz doğma yurd-yuvalarından didərgin salınan 1 milyona yaxın qaçqın və məcburi köçkünlərimiz erməni işğalından azad edilən torpaqlarımıza köçürələcək və regionda uzun müddətli sülh tam bərqərar olacaq.

Müxbirin münaqişəni dinlə əlaqələndirməsi məqamına toxunan diplomat Ermənistan-Azərbaycan münaqişəsinin tarixi, səbəbləri, ermənilərin Cənubi Qafqaza rus imperiyası dövründə köçürülməsi və s. bu kimi faktlarla İsveçrədəki erməni lobbisinin yalanlarını ifşa edərək bu münaqişəni dini və ya etnik zəmində baş vermədiyini söyləmiş və Azərbaycanın din və multikulturalizm sahəsində verdiyi töhfələrdən danışmışdır. Bununla yanaşı, erməni vandallarının 1-ci Qarabağ müharibəsində soydaşlarımıza qarşı törətdiyi vəhşilikləri xatırladan səfir X.İbrahimova beynəlxalq mətbu orqanların 90-cı illərə aid dünyada tanınmış nəşrlərdən hissələri tamaşaçıların diqqətinə çatdırmış və “Xocalı soyqırımı” kimi amansız qətliamlar törədən Ermənistanın illər boyu beynəlxalq hüququn prinsiplərini pozduğunu və BMT-nin bu münaqişə ilə bağlı qəbul etdiyi qətnamələrə açıq-aşkar şəkildə məhəl qoymadığını bəyan edib.

Jurnalist F.Şvabın sualına cavab olaraq Azərbaycan-İsveçrə ikitərəfli əlaqələrinə də toxunan səfir iki ölkə arasında yüksək səviyyəli siyasi dialoqun, iqtisadi və humanitar sahələrdə qarşılıqlı-faydalı əlaqələrin mövcudluğunu qeyd edib, “Holcim”, “Stadler”, “ABB Global Trading” kimi 70-ə yaxın İsveçrə şirkətinin Azərbaycanda uğurlu fəaliyyətini vurğulayıb.

“SOCAR”-ın İsveçrədəki fəaliyyətinə qarşı erməni lobbisinin dəstəyi ilə çirkin kampaniyanın aparılması məsələsiylə bağlı “Die Weltwoche”-nin sorğusunu cavablandıran diplomat erməni lobbisi tərəfindən uydurulan növbəti yalanların əsasının olmadığını dinləyicilərin diqqətinə çatdırıb.

Sonda diplomat Şvabın Azərbaycanın turizm potensialı ilə bağlı maraqlandığı sualları cavablandırıb

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90