İtkin düşən daha bir hərbçimizin nəşi tapıldı

image-1111111backend

Vətən Müharibəsində itkin düşən və axtarışları davam edən yeddi hərbçidən biri – Əliyev İxtiyar İlqar oğlunun nəşi tapılıb.

Busaat.az xəbər verir ki, bu barədə APA-ya onun qardaşı Vüqar Əliyev məlumat verib.

O bildirib ki, şəhid İxtiyar Əliyev sabah Goranboy rayonunda dəfn olunacaq.

Qeyd edək ki, şəhid hərbi qulluqçumuz Vətən müharibəsi zamanı oktyabrın 6-da Ağdərə rayonu istiqamətində gedən döyüşlərdə şəhid olub.

Allah rəhmət eləsin!

***

Baş Prokurorluğun Mətbuat xidmətindən “Qafqazinfo”ya bildirilib ki, itkin düşmüş daha bir hərbi qulluqçunun – gizir Əliyev İxtiyar İlqar oğlunun meyiti tapılaraq şəxsiyyəti müəyyən edilib, növbəti gün ərzində meyitin ailə üzvlərinə verilməsi təmin ediləcək.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90