Jurnalistlər güzəştli kreditlərdən yararlana bilər

image-jurnbackend

“Media haqqında” qanun layihəsində Media Reyestrinə daxil edilmiş şəxslər üçün bir sıra güzəşt və imtiyazların müəyyənləşdirilməsi təklif edilir.

Busaat.az layihədə təklif edilən bir sıra güzəştlərin siyahısını təqdim edir:

– media subyektlərinə dövlət orqanları (qurumları) tərəfindən rəsmi elan və sosial reklamların sifarişi;

– media subyektlərinin işçilərinin və jurnalistlərin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təşkil edilən təlimlərdə ödənişsiz və ya güzəştli əsaslarla iştirakı;

– müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təşkil edilən dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən məsələlər üzrə layihələrdə iştirakı;

– maliyyə xarakterli güzəşt və imtiyazlardan (güzəştli kreditlərdən yararlanmaq daxil olmaqla) istifadə;

– sosial müdafiəsinin gücləndirilməsi və maddi təminatının yaxşılaşdırılması ilə bağlı güzəştlərdən yararlanma.

Qeyd edək ki, parlamentin bu gün keçirilən plenar iclasında qanun layihəsi birinci oxunuşda  səsə qoyularaq qəbul edilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki