Kafe və restoranlar bu tarixdə açıla bilər – RƏSMİbackend

“Hazırda növbəti həftədə, 17 avqust ərəfəsində kafe və restoranların açıq hissəsində fəaliyyətinin bərpa olunması müzakirə olunur”.

Busaat.az  xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Azərbaycan Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Operativ Qərargahın brifinqində bildirib.

O əlavə edib ki, bu barədə hələlik qərar verilməyib, amma bu məsələ növbəti atılacaq addımların siyahısındadır.