“Karantin tədbirlərinin sərtləşdirilməsi çıxış yolu deyil” – Samir Əliyev

“Karantin tədbirlərinin sərtləşdirilməsi çıxış yolu deyil” – Samir Əliyevbackend

“İnsanları cərimələmək yox, başa salmaq lazımdır”.

Busaat.az xəbər verir ki, Azərbaycanda həftəsonu ilə bağlı sərt karantin tətbiqinin mümkün təsirləri ilə bağlı iqtisadçı Samir Əliyev öz fikirlərini bölüşüb.

Samir Əliyev hesab edir ki, həftəsonu bütün sahələrdə fəaliyyətin dayandırılması səmərəli nəticə verməyə bilər:

“Hökumət həftəsonu sərt karantin tətbiqinə hazırlaşır. Ortada Türkiyə nümunəsi var. Türkiyə bu addıma getdi və yoluxmanın artım tempində əhəmiyyətli azalmaya nail oldu. Məsələn, apreldə gündəlik yoluxma sayı 5 mindən çox olduğu halda, hazırda bu rəqəm 800 nəfərdən də azdır. Azərbaycanda isə əksinə getdikcə yoluxanların sayı artır. Nəzərdə tutulan tətbiqetmənin effektiv təsiri baxımından, ən azı oxşar mentalitetə malik Türkiyə təcrübəsi ümidləri artırır. Ancaq səmərə verməyə də bilər.

Əvvəla, 2 gün ərzində yoluxma sayını minimuma endirmək olsa da, sonrakı günlər yenidən arta bilər. Necə ki, son həftələr bunu müşahidə edirik. İkincisi, yoluxmanın artma səbəbini araşdırmaq lazımdır. Axı karantin dövründə belə mərkəzi küçələr istisna olmaqla nəqliyyatda basabas idi, insanlar küçələrdə gəzirdi və banklar və poçt idarələri qarşısında təhlükəsizlik qaydalarını gözləmirdilər. Buna baxmayaraq, yoluxma sayında ciddi artım yox idi. Bu halda niyə birdən-birə sürətli artım müşahidə edildi? Bəlkə səbəb son vaxtlar xaricdən gələnlərlə bağlıdır?! Ocaq sönməyibsə, yoluxma riski həmişə olacaq. Vaksin məsələsi isə hələ uzanır. Ona görə də əhali ilə işləmək lazıımdır. İnsanları cərimələmək yox, başa salmaq lazımdır”.

Gülay

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90