“Karantin və SMS rejimi yığışdırılmalı, iqtisadi fəaliyyət bərpa edilməlidir” – İqtisadçı rəyi

“Karantin və SMS rejimi yığışdırılmalı, iqtisadi fəaliyyət bərpa edilməlidir” – İqtisadçı rəyibackend
“Cəmiyyətin psixoloji durumu ağırlaşır, sosial- iqtisadi vəziyyət pisləşir”.
Busaat.az xəbər verir ki, bunu sərt karantin rejiminin avqustun əvvəlinə qədər uzadılmasına münasibət bildirən iqtisadçı Natiq Cəfərli bildirib.
Natiq Cəfərli hesab edir ki, sözügedən qərar iqtisadiyyatın tabutuna son mismarları vuracaq və vətəndaşların sosial-psixoloji vəziyyətini kritik həddə çatdıracaq:
“Bizim məmurlar anlamırlar ki, karantin rejimi virusla mücadilədə ancaq zaman qazanmaq, səhiyyə sistemini hazırlamaq üçün nəzərdə tutulub və cəmi 2-3 ay civarında effektli olur. Yəni, bu 2-3 aya hökumət səhiyyə sistemini hazırlaya bilmədimi? Biliblərsə, nədən bu absurd karantin rejimini uzadırlar?!
Biznes çöküb, yüzminlərlə işsiz insan var, vətəndaşa normal maddi dəstək olunmadı. Aprel-may ayında 600 min nəfərə ödənilən 190 manat iyunda cəmi 290 min nəfərə ödənildi. İndi isə iyul ayı bitir və avqustun əvvəlinə qədər bu məntiqsiz qaydalar davam edir.
Yay bitir, insanların immun sistemi evdə oturmaqdan çökür. Nəticədə daha pis, qorxulu xəstəliklərə zəmin yaranır, cəmiyyətin psixoloji durumu ağırlaşır, sosial, iqtisadi vəziyyət pisləşir. Bu, virusdan daha ağır və qorxulu nəticələr doğura bilər. Ona görə də mənasız karantin və SMS rejimi dərhal yığışdırılmalı, addım-addım iqtisadi fəaliyyət bərpa edilməlidir”.
Gülay
Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90