Karantində fəaliyyət göstərən kafe və idman zalı aşkarlandı – Foto

Karantində fəaliyyət göstərən kafe və idman zalı aşkarlandı – Fotobackend

Bakı və Sumqayıt şəhərində karantin rejiminin qaydalarına pozan obyektlər aşkarlanıb.

Daxili İşlər Nazirliyindən Busaat.az-a verilən məlumata görə, Sumqayıt şəhəri, 11-ci mikrorayon ərazisində yerləşən idman-trenajor zalının qadağan olunmasına baxmayaraq fəaliyyət göstərdiyi müəyyən edilib. Həmin zalda olan ümumilikdə 18 nəfəri aşkar ediblər. Onlardan 3 nəfəri yetkinlik yaşına çatmadığı üçün profilaktik söhbət aparılaraq sərbəst buraxılıb. İdman zalında olan 12 nəfər barəsində inzibati protokol tərtib edilərək hər biri cərimə edilib.

Həmçinin obyektin sahibi Rəşad Xudaverdiyev 4000 manat, onun 2 nəfər işçisi hər biri isə 200 manat məbləğində cərimə ediliblər.

Polis əməkdaşlarının paytaxtın Nərimanov rayonunda keçirdikləri növbəti tədbir zamanı isə qanunlara zidd olaraq işləyən kafe aşkar edilib.

Araşdırma zamanı “Dostlar” kafesini icarə əsasında işlədən paytaxt sakini Həsən Bağırovun müştərilərə yerində xidmət göstərdiyi müəyyən edilib. Obyektin kabinetlərinə baxış zamanı ümumilikdə 13 nəfər müştəri müəyyən edilib. Onların hər biri, eləcə də kafeni işlədən Həsən Bağırov barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci ( epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə protokol tərtib edilərək, cərimələniblər.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90