Karantində təcili tibbi yardıma edilən müraciətlərin SAYI ARTIB

Karantində təcili tibbi yardıma edilən müraciətlərin SAYI ARTIBbackend

Karantinlə əlaqədar olaraq, ötən həftənin şənbə və bazar günlərində təcili tibbi yardım xidmətinə edilən müraciətlərin sayı artıb.

Busaat.az xəbər verir ki, bunu Trend-ə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat katibi Rəvanə Əliyeva deyib.

Onun sözlərinə görə, təcili tibbi yardım xidmətinə sutka ərzində 2 500-ə yaxın müraciət edilib. Müraciətlər sırasında arterial təzyiq, nevrotik vəziyyət, nefroloji xəstələrin daşınması və somatik müraciətlər üstünlük təşkil edib.

R.Əliyeva təcili tibbi yardım xidmətinə Bakının bütün rayonlarından müraciətlərin edildiyini də nəzərə çatdırıb.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90