Karantinin uğursuz qadağaları: “Koronavirusa qarşı mübarizə effektli deyil”

Karantinin uğursuz qadağaları: “Koronavirusa qarşı mübarizə effektli deyil”backend

 

“Metronu ziyana işlədiyi üçün bağlamaq və ictimai nəqliyyatda sıxlıq etməklə, virusun yayılmasına münbit şərait yaradılır”.

Busaat.az xəbər verir ki, bunu pandemiyaya qarşı tətbiq olunan karantin qaydalarının mənfi təsirlərini dəyərləndirən Məhəmməd Əsədullazadə bildirib.

Politoloqa görə, pandemiya ilə mübarizədə daha məntiqli qaydalar tətbiq olunmalıdır:

“Maraqlıdır ki, 10 adamın küçədə bir yerə yığışmasına icazə verməyən Operativ Qərargah, TƏBİB ictimai nəqliyyatda vətəndaşların sıxlıq şəklində daşınmasını görmür? Bu, karantinin pozulması deyil? Metronu ziyana işlədiyi üçün bağlamaq və ictimai nəqliyyatda sıxlıq etməklə, virusun yayılmasına münbit şərait yaradılır. Ona görə də vətəndaşları qınamaq lazım deyil. Dövlət başçısı İlham Əliyevin müdaxiləsinə ehtiyac var. BNA ictimai nəqliyyatda karantin qaydalarına uyğun çalışmalıdır. Həmçinin metro açılmalıdır. Bakı Nəqliyyat Agentliyi karantində xərcləri azaltmaq üçün avtobusların xətdəki sayını azaldıb. Ona görə də sıxlıq yaşanır”.

Məhəmməd Əsədullazadə koronovirusa bağlı iqtisadi və sosial vəziyyətin getdikcə çətinləşdiyini də qeyd edib:

“Kənd təsərrüfatı və digər sahələrdə ciddi islahatlar lazımdır. Ölkə əhalisinin kənd təsərrüfatı ilə məşğul olmasında problemlər yaradılır. Fermer öz məhsullarını bazara çıxara bilmir. Monopoliya və inzibati əngəllər kənd təsərrüfatı ilə məşğul olmanı çətinləşdirir. Kompleks islahatlar mütləqdir. Ümid edirəm ki, son zamanlar reallaşdırılan həbslər qurumlarda sağlamlaşmanı təmin edəcək”.

Gülay

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90