Karantinlə bağlı birdəfəlik ödəmələr 196 manata qaldırıla bilər

Karantinlə bağlı birdəfəlik ödəmələr 196 manata qaldırıla bilərbackend

Milli Məclisin bu gün keçirilən iclasında Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev əhaliyə karantinlə bağlı ödənilən birdəfəlik ödəmələrin 196 manat həcmində verilməsiylə bağlı səsləndirilən təklifə münasibət bildirib.

Busaat.az xəbər verir ki, nazir ümidvar olduğunu vurğulayıb ki, gələn il ölkəni sərtləşdirilmiş karantin rejimi gözləməyəcək: “Əlbəttə, belə hal baş verərsə, hökumətdə bu məsələ müzakirə ediləcək”.

Qeyd edək ki, dövlət büdcəsində yaşayış minumumu 196 manat həcmində müəyyən edilib. Bəzi deputatlar əhaliyə sərt karantin dövründə ödənilən 190 manat vəsaitin yaşayış minumumu həddinə çatdırılmasını təklif ediblər.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90