Keçmiş nazirdən manatın ucuzlaşacağı iddiaları ilə bağlı açıqlama

image-pulbackend

“Cari ilin sonuna qədər Azərbaycanın idxal potensialının ən azı 19 milyard dollara çatacağı gözlənilir. Bunu da aylara bölsək, təxminən 1.5 milyard dollar edir. Valyuta ehtiyatlarımız 70 milyard dollar, bizə lazım olan hissə isə doqquz milyard dollar həcmindədir”.

Busaat.az Bizim.media-ya istinadən xəbər verir ki, bu sözləri keçmiş maliyyə naziri, iqtisad elmləri namizədi Saleh Məmmədovun sözlərinə görə, Beynəlxalq Valyuta Fondunun normativində də təxminən səkkiz-doqquz milyard dollar göstərilir:

“Əgər 19 milyard dollar idxala bəs edirsə və xarici borclarımız ödənilirsə, manatın dəyəri heç bir halda aşağı düşə bilməz. Ən azı dörd il müddətində heç nə ixrac etməsək və heç nə qazanmasaq belə, manatın dəyəri olduğu kimi qalacaq və əlavə ehtiyatlar hesabına bu dövrdə ölkə yaşayacaq”.

Manatın ucuzlaşması iddiaları haradan qaynaqlanır?

Onun dediyinə görə, son vaxtlar cəmiyyətdə valyuta ehtiyatlarının və dolların azalacağı ilə bağlı ciddi təşviş yaranıb:

“Bu da insanlarda qorxu və narahatlığa səbəb olub. Belə olan halda da hamı banklardan əmanətlərini çıxarmağa, manatı dollarla əvəz etməyə və digər addımları atmağa çalışır”.

2008-ci ildə isə hökumətin və Mərkəzi Bank düzgün islahat apardığını xatırladan sabiq nazir vurğulayıb ki, bununla da bütün şayiələri aradan qaldırdı:

“Keçmiş SSRİ dövlətləri arasında 2008-ci il böhranında ən yaxşı halda çıxan ölkə Azərbaycan oldu və faktiki olaraq, heç bir zərərə məruz qalmadı. Qiymətlər elə də yüksək səviyyəyə qalxmadı, valyuta ehtiyatları öz səviyyəsində qaldı və iqtisadi artım tempi aşağı düşmədi”.

Manat dəyərdən düşə bilməz?

Sabiq nazir hazırkı məqamda manatın dəyərdən düşməsi ehtimalının olmadığını diqqətə çatdırıb:

“Bu gün tədiyyə balası yüksək olan bir ölkənin milli valyutasının dəyərinin aşağı düşməsi elə də ciddi problem deyil. Amma qalxması problemə səbəb olacaq və iqtisadi aktivliyə mənfi təsir edəcək.

Məsələn, Yaponiya ixracat saldosu idxala nisbətə yüksək olduğuna görə tez-tez problemlə üz-üzə qalır. Yapon yeninin kursunun mütəmadi qalxması ilə əlaqədar neçə hökumət istefa verdi ki, bu da ixrac potensialına mənfi təsir edir. Artıq Azərbaycanda da eyni vəziyyət yaradılıb”.

Ekspert valyuta ehtiyatlarımızın artmasından da söz açıb:

“2022-ci ildə həm Dövlət Neft Fondunun, həm də Mərkəzi Bankın vasitəsilə Azərbaycanın ehtiyat fonduna təxminən 12 milyard dollardan çox vəsait əlavə olundu. 2023-cü ildə bu vəsait yeddi milyard dollardan çox oldu. Hazırda isə ölkəmizin 60 milyard dollardan çox ekstra ehtiyatları var.

AMB-nin ehtiyatları 12 milyard dollar ARDNF-da isə bu 58 milyard dollar həcmindədir. Təkcə Mərkəzi Bankın ehtiyatları milli valyutanın dəyərinin saxlanması üçün bəs edir”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki