İraqın Kərkük şəhərində yerli vaxtla saat 00:43-də 4,8 bal gücündə zəlzələ qeydə alınıb.
Busaat.az– xəbər verir ki, bu barədə Fövqəladə Hallar Rəhbərliyinin (AFAD) rəsmi saytında məlumat yer alıb.
Bildirilib ki, episentri Kərkük olmaqla, 4,8 bal gücündə zəlzələ Hakkari və digər rayonlarda hiss olunub.
Hakkarinin Şəmdinli rayonundan 223 kilometr aralıda baş verən yeraltı təkanın 7 kilometr dərinlikdə olduğu müəyyən edilib.