“Kiminləsə quda ola bilərəm, ancaq bu toy demək deyil” – Səməd Seyidov

image-5ae9c06b_9b76_3a0e_8669_60727fa3eedf_8241624041298backend

“Bu gün bir sıra saytlarda məlumat gedib ki, mən oğluma toy eləmişəm, xeyr, bu doğru deyil.”

Bunu Manşet.az-a açıqlamasında Milli Məclisin deputatı Səməd Seyidov bildirib. O daha sonra yayılan məlumatla bağlı bunları deyib:

” Mən bir daha rəsmi bəyan edirəm ki, heç bir toy məclisi keçirilməyib. Pandemiya dövründə bu ola da bilməz. Bəli, mən kiminləsə quda ola bilərəm, amma bu o demək deyil ki, mən toy eləmişəm. Övladlarımız gedib zaks ediblər, ancaq toy məclisi keçirilməyib.”

Qeyd edək ki, deputatın oğlu Urxan Seyidov “EFES Elçin” kimi tanınan iş adamı, “CARÇIOGLU GROUP” MMC-in prezidenti Elçin Carçıyevin qızı ilə nikaha daxil olub. Yayılan məlumatda bu gün cütlüyün Bakıda toy mərasiminin keçirildiyi bildirilirdi.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90