Klublararası Dünya Çempionatı ləğv olunur? – FİFA-da müzakirə

Klublararası Dünya Çempionatı ləğv olunur? – FİFA-da müzakirəbackend

Bu ilin dekabrında keçirilməsi nəzərdə tutulan Klublararası Dünya Çempionatı ləğv oluna bilər.

Sportfan.az saytının məlumatına görə, FİFA prezidenti Canni İnfantino bunu istisna etməyib.

O bildirib ki, Qətərdə baş tutacaq turnirin dekabrda keçirilməsi mümkün görünmür. Ali futbol qurumunun rəhbəri yarışın 2021-ci ilə təxirə salına biləcəyini də vurğulayıb: “Bəzi konfederasiyalar Çempionlar Liqası matçlarını dekabra qədər bitirməyəcəklər. Bu səbəbdən turnirin planlaşdırıldığı kimi dekabrda baş tutması ehtimalı azdır. Ancaq variantları müzakirə edirik, vəziyyəti izləyirik. Yarışı 2021-ci ilin əvvəlində Qətərdə təşkil etməyin mümkün olub-olmadığını araşdırırıq. Əlbəttə ki, turniri davam etdirmək istəyirik, amma bütün konfederasiyalar və klublarla məsləhətləşəcəyik”.

Qeyd edək ki, hazırda Klublararası Dünya Çempionatının 2 iştirakçısı məlumdur. Bunlar Çempionlar Liqasının qalibi “Bavariya” və turnirin ev sahibi – Qətər çempionu “Əl-Duhail”dir.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90