“Kommunal xərclər vətəndaşın əməkhaqqının 50 faizindən yüksəkdir” – İqtisadçıdan etiraz

image-b2a30919-77c7-4a0f-b7e1-a7c5e8ea2c1abackend

“Aidiyyati orqanlar anlayışlı davranmalı və bu cür ciddi qiymət artımına səbəb olacaq addımlardan çəkinməlidir.”

Bu sözləri son zamanlar ölkədəki qiymət artımının səbəb və nəticələrini şərh edən iqtisadçı Nazim Məmmədov Busaat.az- a açıqlamasında deyib.

İqtisadçı bildirib ki, kommunal xidmət göstərən dövlət müəssisələrinin zərərlə işləməyi müxtəlif səbəblərdən qaynaqlanır. Əsas səbəblərdən biri idarəedicilərin lüks həyatlarından, investisiya layihələrinə ayrılmış vəsaitlərin mənimsənilməsindən, satınalmaların kağız üzərində aparılmamasından və satınalmalar haqqında qanunu pozaraq, öz yaxın qohumlarına  həmin tenderləri verərək maya dəyərinin şişirdilməsidir.  Ölkə başçısı İlham Əliyev də yerli televiziyalara müsahibəsində dəfələrlə qeyd edib ki,  dövlət investisiyalarının çox olmasına rəğmən normal idarə edilmir.

image-42c03608-d542-4288-9265-e55c3e2a1f4a

“Reallıq budur ki, Azərbaycan vətəndaşının kommunal xidmətlərə ödədiyi məbləğ onun orta aylıq əməkhaqqının 50 faizindən yüksəkdir. Bu, astronomik rəqəmlərdir. Artım həmçinin ərzaq və qeyri-ərzaq məhsullarına da aiddir. Bu tendensiya vətəndaşın işini daha da çətinləşdirir və digər zəruri ehtiyaclarını qarşılamaq üçün heç bir büdcəsi qalmır. Dövlət müəsisələrinin zərərlə işləməyinin səbəbi birmənalı olaraq rüşvətxorluq və mənimsəmələrdir. Belə bir vəziyyətdə qiymətlərin artırılması yerinə, xərclərin azaldılması və optimallaşdırılması daha məqsədəuyğun olardı. Hər şeyi vətəndaşdan tələb etmək doğru deyil.  İstənilən ölkədə ərzaq və qeyri-ərzaq məhsullarının bahalaşması təbəqələşməyə ciddi təsir göstərir və sosial narazılıqlar artır. Bu cür artım Azərbaycan kimi ölkələrdə zəncirvari reaksiya yaradır və hər bir sahədə özünü göstərir.

Sosial müavinət sistemi uyğun qurulmadığı təqdirdə sosial narazılıqlar artaraq sosial partlayışa çevrilə bilər. Bunu başqa ölkələrin təcrübəsində də görmüşük. Ona görə  də aidiyyati orqanlar anlayışlı davranmalı və bu cür ciddi qiymət artımına səbəb olacaq addımlardan çəkinməlidir.”

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90