Jurnalist Xəyal Süleymanov “Kontak Home”u məhkəməyə verəcək.
Busaat.az xəbər verir ki, o, bununla bağlı sosial şəbəkə hesabında şikayət ünvanlayıb.
“26 noyabr tarixində “Kontakt Home”dan onlayn paltaryuyan sifariş verdim. Sifariş zamanı məhsulun maksimum 1 həftə müddətində çatdırılacağı bildirilmişdi. 1 həftə oldu 10 gün, 10 gün oldu 2 həftə… Nəhayət, məhsul gəldi. Məhsulumun gec çatdırıldığını və bu səbəbdən zərərə məruz qaldığıma dair dəfələrlə müraciət etdim. Günlər sonra mənə geri dönüş olundu və gecikmə üçün digər sifarişlərimdə istifadə edəcəyim kupon veriləcəyi bildirildi. Kupon verildi. Lakin onu istifadə etmək üçün “Kontakt Home”un Səbail rayon filialına yaxınlaşanda dedilər ki, bizə bu barədə məlumat verilməyib. “Gözləməlisiniz, rəhbərliyə məlumat verək, sizə daha sonra geri dönüş edərik…” Şirkətin müştəri xidmətləri və “Facebook”dakı rəsmi səhifəsinə müraciət etsəm də, geri dönüş olunmadı. Əsla tövsiyyə etmirəm. Mən öz haqqımı sizə yedirtməyi düşünmürəm! İstehlakçı hüquqlarım pozulub. Məhkəmədə görüşəri̇k…”, – jurnalist bildirib.Pravda.az