“Koronavirus “koronavirus” olub Azərbaycanın sərhədlərindən bəri keçə bilməzdi” – Subyektiv

“Koronavirus “koronavirus” olub Azərbaycanın sərhədlərindən bəri keçə bilməzdi” – Subyektivbackend

Əziz dostlar, bəziləri bircə o qalıb iddia edələr ki, əgər Əli Həsənov bir zamanlar prezidentin köməkçisi vəzifəsində işləməsəydi, koronavirus “koronavirus” olub Azərbaycanın sərhədlərindən bəri keçə bilməzdi.

Hətta təəccüb edirəm ki, nə əcəb “komplo” beyinlərini işə salıb demirlər ki, məlum virusun hazırlanmasını və dünyaya yayılmasını elə Əli Həsənov Çinə sifariş edib. Ancaq sarkazm, ironiya öz yerində, doğrudanmı bu cür adamların vicdanı, əxlaqı, bir vətən və insanlıq yanğısı yoxdur? Bu gün bütün bəşəriyət can hayındadır, dövlətimiz, prezidentimiz, hökumətimiz, bilincli vətəndaşlarımız bu bəladan maksimum az itki ilə çıxmağın yollarını arayır, tədbirlər görür, ancaq kimlərsə bütün dəyərləri unudub öz mərdimazarlıqlarından əl çəkmir. Doğrudanmı düşünmürsünüz ki, daşıyıcısı olduğunuz virusun üstünə “korona” da gəlsə, uzağı bir ay yaşayacaqsınız və bu bir ayı, heç olmazsa o bir ayı kindən-küdurətdən uzaq yaşamağı nədən istəmirsiniz? İllah ki, bu son dönəmdə Əli Həsənovun və ailəsinin dövlətə necə dəstək verdiyini bilmək istəyirsinizsə, deyim, ürəyiniz sakit olsun:

1) Əli Həsənov İdarəçilik Akademiyasının kafedra müdiri kimi 3 aylıq maaşını;
2) Həyat yoldaşı Sona Vəliyeva başçılıq etdiyi “Kaspi” Təhsil Şirkətindən 10 min, Xətai Estetik Klinikasından 3 min manat;
3) Oğlu Şamxal Həsənov başçılıq etdiyi müəssisədən 20 min manat Koronovirusa qarşı Mübarizə Fonduna köçürüb.

Bundan başqa, həmin müəssisələrdə çalışan bütün əməkdaşlar – yüzlərlə insan öz maaşlarını son qəpiyinədək alacaqlar. Bu da dövlətə, xalqa, insanlara bu çətin günlərdə dəstəyin bir forması deyilmi?

Odur ki, məndən bəzilərinə bir tövsiyyə: bu ölkədə dövlət və millət heysiyyatı heç sınanmayacaq insanlardan biri məhz Əli Həsənovdur, sizə bir zəhmət, gedin ayrı qapıda oynayın!

Taleh Şahsuvarlı

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90