Koronavirusa qarşı peyvənd nə vaxt hazır olacaq?

Koronavirusa qarşı peyvənd nə vaxt hazır olacaq?backend

“Hər şey mükəmməl şəkildə getsə, 1 ilə kütləvi peyvənd istehsalına başlaya bilərik”.

Busaat.az xəbər verir ki, bunu Microsoft şirkətinin təsisçisi və dünyanın ikinci ən varlı adamı Bil Qeyts deyib. Koronavirusla mübarizə üçün 250 milyon dollar yardım edən və 7 peyvənd fabrikini təkbaşına maliyyələşdirən Qeyts pandemiya barədə CNN-ə danışıb:

“Bəlkə də bacara bilmərik və bu 2 ilə qədər uzana bilər. Hazırda 100-dən çox peyvənd sınağı aparılır. Etməli olduğumuz şey bunların arasından ən çox ümid verənini seçib maliyyə ayırmaq və istehsalı genişləndirmək olmalıdır. Çünki 7 milyard doza istehsaldan çox uzağıq”.

O, bəzi insanların dekabrda peyvənd istehsalına başlana biləcəyi barədə iddialarını rədd edib.

“Faz-3ün böyüklüyü mövzusunda qlobal tənzimləyici qurumlar bir araya gəlməli, pandemiyanın nə qədər insanı əhatə etdiyinə və mərhələnin nə qədər davam edəcəyinə qərar verməlidirlər. Həkim Antoni Fauci ilə bu müddətin 18 ay olacağını düşünürük”./Qaynarinfo/

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90