Koronavirusa qarşı peyvənd olunan qızından danışdı- PUTİN

Koronavirusa qarşı peyvənd olunan qızından danışdı- PUTİNbackend

Rusiya Prezidenti Vladimir Putin koronavirus peyvəndinin sınağında iştirak edən qızının vəziyyətinin yaxşı olduğunu bildirib.

Busaat.az  xəbər verir ki, Putin bu barədə “Rossiya 1” telekanalına müsahibəsində açıqlama verib.

“Mütəxəssislərimiz üçün tamamilə aydındır ki, bu peyvənd güclü immunitet meydana gətirir, antikorlar yaradır, hansı ki, mənim qızımda da baş verdi və o, zərərsizdir. Tanrıya şükür, qızım özünü yaxşı hiss edir”, -deyə Putin qeyd edib.

O bildirib ki, peyvənd vurulduqdan sonra ilk gündə qızında 38,4 və ikinci gündə isə 37-dən bir az çox bədən tempraturu qeydə alınıb: “Və 21 gün sonra ikinci peyvənd vurulanda, temperaturda yenə bir az artım oldu, ancaq hər şey qaydasındadır”.

Rusiya Prezidenti onu da qeyd edib ki, peyvənd sınaqlarında iştirak üçün qızı onunla məsləhətləşməyib və qərarı özü müstəqil şəkildə verib: “O, yetkin bir şəxsdir. Mənə sadəcə bu qərarı verdiyini bildirdi”

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90