Məzmuna keç
  • Azeri Light98.76 $▼3.82%
  • Brent neft93.18 $▲1.57%
  • WTI neft86.48 $▲1.73%
  • Avropa qazı (TTF)84.45 €▲0.48%
  • Təbii qaz (ABŞ)3.149 $▲2.01%
  • Qızıl3 872 $▼0.13%
  • Gümüş47.61 $▲0.26%
  • Pambıq81.30 ¢▼0.06%
  • Buğda612.25 ¢▲2.13%
  • Bitcoin63 680 $▼1.75%
  • Ethereum1 775 $▼2.39%
  • S&P 5007 321▼1.33%
11°Bakı
  • USD1.7000
  • EUR1.8707▼0.0024
  • 100 RUB2.0606▼0.0043
  • GBP2.2427▼0.0026
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550▲0.0002
  • GEL0.6556▼0.0005
  • 100 KZT0.3821▲0.0005
  • UAH0.0375
  • 100 JPY1.0678▲0.0025
  • CHF2.0247▼0.0012
  • USD1.7000
  • EUR1.8707▼0.0024
  • 100 RUB2.0606▼0.0043
  • GBP2.2427▼0.0026
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550▲0.0002
  • GEL0.6556▼0.0005
  • 100 KZT0.3821▲0.0005
  • UAH0.0375
  • 100 JPY1.0678▲0.0025
  • CHF2.0247▼0.0012
Sağlamlıq

Koronavirusa yoluxan hamilə qadınlarda körpənin cinsi xəstəliyə necə təsir edir? - ARAŞDIRMA

image-shutterstock_1033096888_16_9_1634825418-880x495
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

ABŞ-ın Massaçusets Universitetinin xəstəxanasında aparılan yeni araşdırmada məlum olub ki, hamilə qadınların koronavirusa yoluxma ehtimalı və xəstəliyi necə keçirməsi dölün cinsindən asılıdır.

Busaat.az xarici mətbuata istinadən xəbər verir ki, dölün cinsiyyətinin ananın immun sistemi ilə birbaşa əlaqəli olduğu ortaya çıxıb.

68 hamilə qadının iştirak etdiyi araşdırmalarda qeyd olunub ki, kişi plasentalarında qız plasentaları ilə müqayisədə immunitet aktivliyi daha yüksəkdir. Bu da müəyyən genlərin və zülalların daha yüksək səviyyədə olması ilə izah olunur.

Bostondakı Massaçusets Universiteti Xəstəxanasının tədqiqat qrupunun rəhbəri Dr. Andrea Edlounun sözlərinə görə, kişi dölü artan immunitet aktivliyi sayəsində koronovirus infeksiyasına yoluxmanın qarşısını ala bilir. Bununla belə, Edlou ana bətnində dölün koronavirusua məruz qalmasının risk ola biləcəyini də vurğulayıb.

Tədqiqatçılar həmçinin vurğulayıblar ki, qız övladı gözləyənlərdə oğlan uşağı gözləyənlərə nisbətən daha az immunitet yaranır ki, bu da koronovirusa yoluxma riskini artırır.

Edlou əlavə edib ki, dölün cinsiyyəti anadan həm COVID-19-a qarşı antikor istehsalına, həm də onları körpəsinə ötürmək qabiliyyətinə təsir edir.

Tədqiqatçılar daha əvvəl də oxşar araşdırmaların aparıldığını və oxşar nəticələrin alındığını bildiriblər.

Publıka.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=60907