Koronavirusa yoluxanların müalicəsi neçəyə başa gəlir?

Koronavirusa yoluxanların müalicəsi neçəyə başa gəlir?backend

Çində koronavirusa yoluxan bir pasientin müalicəsi orta hesabla 21,5 min yuana (3 min dollardan çox), ağır koronavirus xəstəsinin müalicəsi 150 min yuana (21,3 min dollardan çox), bəzi hallarda bir neçə yüz min və hətta bir milyon yuana başa gəlir.

Busaat.az xarici KİV-ə istinadən xəbər verir ki, bu rəqəmləri Çinin Tibbi Təminat İdarəsinin tibbi xidmətlərin idarəsi məsələləri üzrə departamentinin rəhbəri Cyun Syanszyun açıqlayıb.

Onun sözlərinə görə, aprelin 6-dək ölkənin bütün regionlarında yoluxma şübhəsi və təsdiqlənmiş diaqnozlu pasientlərin müayinə və müalicələrinin ümumi xərcləri 1,48 milyard yuan (211 milyon dollar) təşkil edib. Cyun Syanszyun, eyni zamanda, 990 milyon yuan həcmində xərcləri, yəni ümumi xərclərin 66,6 faizini tibbi sığortanın öz üzərinə götürəcəyini də qeyd edib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90