Koronavirusdan ölənlərin 70 faizi Avropada qeydə alınıb

Koronavirusdan ölənlərin 70 faizi Avropada qeydə alınıbbackend

Dünya üzrə koronavirusdan ölənlərin 70 faizi və ümumi yoluxma hallarının yarısı Avropada qeydə alınıb. 

Busaat.az “Worldometers.info”ya istinadən xəbər verir ki, Çində koronavirusun yayılmasının qarşısı alındıqdan sonra Avropa pandemiyanın episentrinə çevrilib. Pandemiyadan ən ağır zərər çəkən ölkələr arasında İspaniya və İtaliya ilk sıralarda yer alıb. Ölüm hallarının sayına görə İtaliya (14,681) birinci yerdə qərarlaşıb.

Xəstəlikdən sağalanların sayına görə isə İspaniya (30,513) ən böyük rəqəmə sahibdir.

Qeyd edək ki, dünya üzrə koronavirusa yoluxanların sayı 1,118,304-ə çatıb, ümumilikdə 59,221 insan xəstəlik səbəbindən həyatını itirib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90