Koronavirusdan sonra uçuşların əvvəlki və sonrakı görünüşü

Koronavirusdan sonra uçuşların əvvəlki və sonrakı görünüşübackend

Qlobal pandemiya adlandırılan koronavirusun hava yolları şirkətlərinə böyük zərər vurduğu bildirilib.

Busaat.az xarici KİV-ə istinadən xəbər verir ki, hava nəqliyyatının məlumat bazası sayılan flightradar tətbiqində təyyarə trafikindəki böyük azalma hər kəsin diqqətini çəkib.

Bildirilib ki, koronavirus səbəbi ilə dünyada hava yolları şirkətləri tarixdəki ən böyük böhranı yaşayır. Ləğv edilən aviabiletlərin sayı hər ötən gün daha da artır. Xəstəliyin yayılması, sərnişin tələbatının azalması və yeni səyahət məhdudiyyətləri aviaşirkətlərin uçuşlarına zərbə vurub. Bir çox ölkə arasında uçuşlar dayandırılıb, məcburi vəziyyətlərdən başqa təyyarə səyahətləri minimuma endirilib.

Flightradar tətbiqində hava nəqliyyatının əvvəlki və sonrakı görünüşü:

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90