Koronavirusla bağlı əsas tövsiyələr

Koronavirusla bağlı əsas tövsiyələrbackend

“Əgər koronavirusdan qorunmaq üçün maska taxılırsa, bu, düzgün formada taxılmalıdır. Maska tənəffüs yollarını tamamilə bağlamalıdır. İnsanlar arasında məsafə saxlanmasına fikir verməliyik. Əllərin gigiyenası, tez-tez sabunla yuyulması bu virusu əlimizdən apara bilər. Hökmən dezinfeksiyaedici məhlulun istifadəsinə ehtiyac yoxdur”.

Busaat.az xəbər verir ki, bunu  Azərbaycan Tibb Universitetinin professoru Akif Qurbanov bugünkü brifinqdə deyib.

O qeyd edib ki, yoluxma saylarında əsas artım faktoru ailədaxili yoluxma ilə bağlıdır. Bir nəfər yoluxaraq bütün ailə üzvlərini yoluxdura bilir.

A.Qurbanov bildirib ki, koronavirusa yoluxan şəxs həkim nəzarəti ilə evdə müalicə alıb sağala bilər. Bir şərtlə ki, ətrafdakıları qorusun və tam özünütəcrid rejiminə əməl etsin: “Bir çox insan hələ də bu xəstəliklə bağlı tam məlumatlı deyil. Bir şəxs soyuqlama halı hiss edirsə, dərhal xəstəxanaya müraciət edir, ağciyərlərini KT etmək istəyir. Ciyərlərində heç nə çıxamayanda isə arxayınlaşır. Lakin insanlarda lazımi qədər informasiya olsaydı, bilərdi ki, ciyərlərdə pnevmoniya əlaməti xəstəlik ağırlaşanda ortaya çıxır. Bəzən insanlar, bəzən də həkimlər xəstəyə belə düzgün olmayan istiqamət verirlər. Hər kəs bilməlidir ki, COVİD-in diaqnozunda KT yardımçıdır, PSR test əsas müəyyənedicidir”.

Həkim vurğulayıb ki, virus aşkarlanan şəxs özünü təcrid etməli, işə bu barədə məlumat verməli və evdə də özünütəcrid rejiminə keçməlidir: “Hər kəs soyuqlama əlaməti hiss edərsə sanki “məndə COVİD var” kimi fikirləşməlidir. Onda həkimə müraciət edib diaqnozu dəqiqləşdirmək olar. Bəzən xəstəliyin bütün əlamətləri göz qabağında olur, lakin PSR analizi mənfi gəlir. Bu halda da özünü təcrid rejiminə riayət etməliyik. Lazım olmadığı halda ictimai nəqliyyatdan istifadə olunmasın, mümkün qədər evdə qalaq. Görüşəndə daha sıx münasibətləri – əllə görüşməyi, qucaqlaşmanı  tərgitmək lazımdır. Bu halda yoluxma sayını azaltmağa nail ola bilərik”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90