Koronavirusun DƏRMANI TAPILDI, apreldən etibarən… – YAPON ALİMLƏRDƏN ŞAD XƏBƏR

Koronavirusun DƏRMANI TAPILDI, apreldən etibarən… – YAPON ALİMLƏRDƏN ŞAD XƏBƏRbackend
Yaponiyada, aralarında türkiyəli alim Xəlil Çiftçinin də olduğu heyət yeni növ koronavirusun dərmanın tapılması istiqamətində araşdırmalarını davam etdirir.
Metbuat.az xəbər verir ki, heyət dərmanın hazırlanması mərhələsinin başa çatmaqda olduğunu və aprel ayından sınaqlarına başlanılacağını açıqlayıb.
Tokiyo Universitetinin Tibbi Elmlər İnstitutunun professoru Junichiro Inouenun rəhbərlik etdiyi heyət Çində virusun aşkarlanmasından etibarən araşdırmalara başlayıb. Nəticəyə əsasən “Nafamostat Mesylat”ın koronavirusun insan hüceyrələrinə daxil olması və daha sonra artmasının qarşısını aldığı kəşf olunub.
Araşdırma zamanı o da bəlli olub ki, “Nafamostat Mesylat” “COVİD-19″a bənzər “SARS-CoV-2” infeksiyasına qarşı çox ciddi təsir edir və onun qarşısını alır. Heyət dərmanın klinik testlərinə aprel ayından başlancağını elan edib.
Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90