“Koronavirusun mutasiyası gələcəkdə də davam edəcək”

“Koronavirusun mutasiyası gələcəkdə də davam edəcək”backend

“Koronavirusun mutasiyası gələcəkdə də davam edəcək”.

Busaat.az  xəbər verir ki, belə bir əminliklə bu gün keçirilən brifinqdə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) eksperti Mariya van Kerkhove çıxış edib.

“Mutasiya davam edir. Mutasiya – bu təbii prosesdir. Virusun özünə xüsusilə təsir etmir, ancaq ötürülmə potensialı daxil olmaqla bu variantları araşdırmağa davam etməliyik”, – deyə ekspert bildirib.

Van Kerkhove qeyd edib ki, ÜST vəziyyəti diqqətlə müşahidə etməyə və mutasiyanı izləyən dünya alimləri ilə işləməyə davam edir. Bundan başqa, təşkilatın özünün koronavirusun yeni variantlarını öyrənən mütəxəssislər qrupu var.

“Onların fəaliyyətinin nəticələri yaxın günlərdə və həftələrdə açıqlanacaq”, – deyə ÜST rəsmisi söyləyib

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90