Kosmosdan Ərdoğana zəng edəcək

image-1705902053_alper-gezeravci-sanayi-ve-teknoloji-bakanligi-2173794_1backend

Türkiyənin astronavtı Alper Gezeravcı Beynəlxalq Kosmik Stansiyadan ölkəsi ilə əlaqə quracaq.

Busaat.az xəbər verir ki, bu barədə TRT kanalı məlumat yayıb.

Gezeravcının ilk olaraq bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığı aparacağı bildirilir.

O, Beynəlxalq Kosmik Stansiyadakı missiyası zamanı Türkiyə ilə ən azı 7 dəfə əlaqə saxlayacaq.

İlk türk astronavtının proqramına ailəsi və sənaye və texnologiya naziri Mehmet Fatih Kaçır ilə əlaqə də daxildir.

Türk astronavt türkiyəli tələbələrlə də danışıqlar aparacaq. O, Universitet tələbləri və orta məktəb şagirdləri ilə təcrübələrini bölüşəcək.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki