Kremldən ilk dəfə Qarabağdakı vəziyyətlə bağlı açıqlama: “Müharibədir”

Kremldən ilk dəfə Qarabağdakı vəziyyətlə bağlı açıqlama: “Müharibədir”backend

Kremlin sözçüsü Dmitri Peskov ilk dəfə olaraq Dağlıq Qarabağdakı münaqişənin kəskinləşməsini “müharibə” adlandırıb.

Busaat.az xəbər  verir ki, bu haqda RİA Novosti agentliyi özünün Telegram kanalında məlumat yayıb.

Peskov Rusiya Prezidenti Vladimir Putinin yaxın gələcəkdə Azərbaycan və Türkiyə liderləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanla danışıqların planlaşdırılacağı barədə jurnalistlərin sualını cavablandırarkən vəziyyəti bu cür təsvir edib.

“Hələlik belə plan yoxdur, ancaq bilirsiniz ki, söhbət müharibədən gedir və əlbəttə ki, Qarabağdakı müharibədə vəziyyət sürətlə inkişaf edir, bu səbəbdən təxmin etmək çətindir” deyib.

Bundan əvvəl Kreml Rusiya sülhməramlılarının Dağlıq Qarabağa daxil olması üçün bir şərt irəli sürmüşdü. Peskovun sözlərinə görə, Rusiya belə bir addımı yalnız Ermənistan və Azərbaycanın razılığı ilə ata bilər.

Ermənistan tərəfindən işğal edilən Dağlıq Qarabağda silahlı toqquşmalar 27 sentyabrda başlayıb.

konkret.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90