“Kristal Abşeron”dan koronavirusla mübarizəyə 100 min manatlıq dəstəkbackend

“Kristal Abşeron” şirkətinin Müşahidə Şurası  Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin müvafiq Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 100 min manatlıq dəstək olunması ilə bağlı qərar verib.

Busaat.az-ın məlumatına görə, maliyyənin ayrılmasında məqsəd koronavirus xəstəliyinin geniş yayılmasının qarşısının alınması, ciddi preventiv tədbirlər həyata keçirilməsinə və pandemiyanın biznes və iqtisadiyyatın bir çox sahələrinə vurduğu təsirini qismən də olsa qarşılamağa dəstək olmaqdır.

Şirkətdən verilən açıqlamaya əsasən, eyni zamanda COVİD- 19 virusunun yaratdığı iqtisadi çətinliklər səbəbindən “Kristal Abşeron”a daxil olan bütün iş yerlərində heç bir ixtisar aparmayacaq. Bu müddət ərzində işçilərin xərcləri şirkət tərəfindən qarşılanacaq.

Bununla yanaşı “Kristal Abşeron”a daxil olan ticarət obyektlərində fəaliyyət göstərən icarədarlara 2020-ci ilin mart və aprel aylarının icarə haqqları üzrə endirimlər tətbiq ediləcək.

“Kristal Abşeron” bütün sahibkarları Koronavirusla Mübarizəyə Dəstək Fonduna COVİD-19 virusu ilə mübarizə üçün kömək etməyə və bu bəladan qurtulmaq üçün dövlətimizə dəstək olmağa çağırır.