“Kupça” almaq istəyənlərin nəzərinə: bu şəxslər pulsuz alacaq – VİDEO

image-1635312202_1635310536_61600backend
Mülkiyyət sənədləri olmayan pay torpaqlarına çıxarışlar veriləcək.

Proses dövlət hesabına həyata keçiriləcək.
Bu barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəisi Nigar Alimova məlumat verib.
Onun sözlərinə görə, Prezident İlham Əliyev bu ilin oktyabrında sözügedən məsələ ilə bağlı fərman imzalayıb.

Nigar Alimova deyib ki, rəhbərlik etdiyi qurumun əməkdaşları “ASAN xidmət”in səyyar nəqliyyat vasitələri ilə kəndlərdə səyyar qəbullar keçirəcək. Vətəndaş heç bir ödəniş etmədən, sadəcə şəxsiyyət vəsiqəsini təqdim etməklə dövlət hesabına öz pay torpağına sənəd ala biləcək.
Nigar Alimova onu da bildirib ki, 2025-ci ildən başlayaraq fermerlərə subsidiyalar yalnız Dövlət Reyestrindən çıxarışlar əsasında veriləcək. Ona görə də bu tarixə qədər müraciətlərin başa çatıdırılması məqsədəuyğundur.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90