“Kuruluş Osman”ın rejissorundan Azərbaycana MÖHTƏŞƏM JEST – Sabah Zabiti də GÖRƏCƏKSİNİZ

“Kuruluş Osman”ın rejissorundan Azərbaycana MÖHTƏŞƏM JEST – Sabah Zabiti də GÖRƏCƏKSİNİZbackend

Xəbər verildiyi kimi, dünyaca məşhur idmançımız  Zabit Səmədov Türkiyənin son dövrlər izlənmə rekordu qıran seriallarından olan “Kuruluş Osman”a çəkilir.

Busaat.az  Türkiyə mediasına istinadən xəbər verir ki, Zabit Səmədovun  “Kuruluş Osman”a çəkilməsi seriala olan marağı və həyəcanı daha da artırıb. Artıq azərbaycanlı idmançı “Kuruluş Osman”ın 35-ci bölümündən etibarən çəkilməyə başlayıb. Onun çəkildiyi 35-ci bölüm  sabah – noyabrın 25-də Türkiyənin ATV kanalında yayımlanacaq.

Serialın rejissoru, ssenaristi Mehmet Bozdağ sosial şəbəkədə Z. Səmədovun fotolarını paylaşaraq bunları yazıb:

“Qələbələri ilə bütün dünyada bizi qürurlandıran kikboksçu Zabit Səmədov serialımıza qatıldı. Can Azərbaycana salam olsun. Ordularımız müzəffər olsun”.

“Haber7” yazdığına görə, Zabit Səmədovun çəkildiyi bölümlərə izləyicilərin yaddaşında silinməz izlər buraxacaq.

Mətbu orqanında o da qeyd olunub ki, Zabit Səmədov idman karyerasında əldə etdiyi uğurlar Türk dünyasına sevinc və qürur hissi bəxş edib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90