Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq78.68 ¢▲0.18%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin64 956 $▲1.32%
  • Ethereum1 825 $▲3.22%
  • S&P 5007 562▼0.40%
10°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

Küveytdən İrana XƏBƏRDARLIQ: Ərəblərin daxili işlərinə qarışmayın

image-kuveyt-iran
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

 Küveytin vəliəhd şahzadəsi Meşəl əl-Əhməd əl-Cabir əs-Sabah İranı ərəb ölkələrinin daxili işlərinə qarışmamağa və qonşuluq münasibətlərinə hörmət etməyə çağırıb.

Busaat.az xəbər verir ki, Əlcəzairdə keçirilən Ərəb Liqasının Zirvə toplantısında Küveytin vəliəhdi Sabah Fələstin, Suriya, Yəmən böhranı və İranla münasibətləri dəyərləndirib.

“Birləşmiş Millətlər Təşkilatının (BMT) qərarlarına uyğun olaraq Yaxın Şərqdə sülhün bərqərar olması lazımdır. Fələstinlilərin paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin dövləti qurma haqqını dəstəkləyirik. Əlcəzairin fələstinli qruplar arasında barışığa nail olmaq üçün göstərdiyi səyləri təqdir edirik. Fələstin məsələsinin üzləşdiyi çətinlikləri nəzərə alsaq bu səylər mühüm addımdır. Böhran siyasi yollarla həll edilməlidir. BMT Yəmən böhranının həlli istiqamətində səylərini davam etdirsin. Mehriban qonşuluq münasibətlərini şərtləndirən beynəlxalq qanunlara uyğun olaraq, ölkələrin suverenliyinə hörmət və daxili işlərinə qarışmamaqla dostluq və əməkdaşlıq münasibətlərinə önəm veririk. Ərəb ölkələrinin suverenliyinə zərər verəcək bütün xarici müdaxilələri pisləyirik” –deyə, Sabah bildirib. Qeyd edək ki, Küveyt ərəblərin ərzaq təhlükəsizliyi üçün hərtərəfli stratyegiyanın hazırlanmasını təklif edib.

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=89395