Laçının səhiyyə statistikası açıqlandı

Laçının səhiyyə statistikası açıqlandıbackend

Düşməndən azad olunan Laçında işğaldan öncə 1 Rayon Mərkəzi Xəstəxanası olmaqla 142 səhiyyə obyekti mövcud olub.

Busaat.az xəbər verir ki, bununla bağlı TƏBİB-in feysbuk səhifəsində paylaşım edilib.

Qeyd olunub ki, hazırda Rayon Mərkəzi Xəstəxanasının tabeliyində 18 xəstəxana, 19 ambulator poliklinika, 83 tibb və feldşer-mama məntəqəsi, 1 təcili tibbi yardım stansiyası fəaliyyət göstərir. Həmin tibb müəssisələrində 100 nəfər həkim, 423 nəfər orta tibb işçisi çalışır.

“Hazırda Laçın rayon Mərkəzi Xəstəxanası Ağcabədi rayon Taxta-körpü qəsəbəsində fəaliyyət göstərir.Tezliklə Laçında həyat əvvəlki axarına qayıdacaq. Və biz burada reallaşdırılacaq bərpa proqramları çərçivəsində yeni səhiyyə müəssisələrinin tikintisinə şahidik edəcəyik!”, – deyə məlumatda bildirilib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90