“Latsio”nun qapıçısı “Atletiko” ilə oyunda qeydə alınan heç-heçədən danışıb

image-ivan-provedelbackend

“Latsio”nun qapıçısı İvan Provedel Çempionlar Liqasının qrup mərhələsinin 1-ci turunda “Atletiko” ilə oyunda qeydə alınan heç-heçəni şərh edib.

Busaat.az xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.

“Belə axşamlar ömür boyu xatırlanır. Mən çox şadam ki, uduzmağa layiq olmadığımız matçı geridə qoyduq. Nə baş verdiyini hələ dərk etməmişəm, amma sonra başa düşəcəm ki, Çempionlar Liqasında qol vurmuşam. Biz haqlı olaraq xal qazandıq, indi irəli getməliyik”, – UEFA-nın mətbuat xidməti Provedeldən sitat gətirir.

Xatırladaq ki, dünən Çempionlar Liqasının E qrupunun 1-ci turunun İtaliya “Latsio”su ilə İspaniyanın “Atletiko” klubları arasında oyunu keçirilib. Komandalar Romadakı “Olimpiko” stadionunda üz-üzə gəlib. Oyun Slavko Vinciçin rəhbərlik etdiyi hakimlər briqadası tərəfindən idarə olunub. Yekun hesab 1:1. Matçın 90+5-ci dəqiqəsində meydan sahiblərinin qapıçısı İvan Provedel başla topu rəqib qapısına çatdırıb və görüşdə bərabərliyi bərpa edib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki