Lavrov ATƏT-i Qarabağdakı nizamlanmada fəal olmağa çağırdı

Lavrov ATƏT-i Qarabağdakı nizamlanmada fəal olmağa çağırdıbackend

Rəsmi Moskva Rusiya, Azərbaycan və Ermənistan rəhbərləri tərəfindən imzalanan üçtərəfli bəyanatın icrası üçün ATƏT ölkələrinin daha fəal dəstəyinə ümid bəsləyir.

Busaat.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər naziri Sergey Lavrov ATƏT-ə üzv ölkələrin Nazirlər Şurası iclasının iştirakçılarına video müraciətində bildirib.“ATƏT məkanında böhranlı vəziyyətlərin həlli ilə bağlı əldə olunan razılaşmalar iştirakçı dövlətlər tərəfindən daha çox dəstəklənməlidir ki, bu da həmin razılaşmaların həyata keçirilməsini asanlaşdıracaq. Biz bunu Dağlıq Qarabağda əldə edilən razılıq üçün də gözləyirik. ATƏT-in Minsk qrupunun üç həmsədri arasındakı əməkdaşlığı yüksək qiymətləndiririk”, – deyə Lavrov qeyd edib.

Xatırladaq ki, Rusiya, Ermənistan və Azərbaycanın liderləri – Vladimir Putin, Nikol Paşinyan və İlham Əliyev Qarabağda atəşkəsə dair birgə bəyanat qəbul ediblər.

Atəşkəs və döyüş əməliyyatlarına nəzarət etmək üçün münaqişə zonasında 1960 hərbi qulluqçu, 90 zirehli personal daşıyıcı, 380 ədəd avtomobil olmaqla Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilib

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90