Lavrov Azərbaycanı günahlandırdı: “Laçın yolunu açmağa çağırıram”

image-lavrovbackend

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Laçın yolu boyunca nəqliyyat vasitələrinin gediş-gəlişlərinin maneəsiz hərəkətinə şərait yaradılmasına çağırıb.

Busaat.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb:

“Rusiya tərəfi 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatda nəzərdə tutulmuş parametrlərə uyğun olaraq Laçın yolu boyunca hərəkətin mümkün qədər tez açılmasının zəruriliyini vurğulayıb. Həmçinin Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında əldə olunmuş razılaşmalar əsasında Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasının əsas yolları üzrə kompleks işin bərpası üçün bütün müvafiq məsələlər üzrə qarşılıqlı məqbul həllərin əldə olunması vacibdir”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki