Lavrov Ermənistandakı etiraz aksiyalarına münasibət bildirdibackend

“Moskva Ermənistandakı müxalifətin Dağlıq Qarabağla bağlı razılaşma mövzusunda necə spekulyasiya etməyə çalışdığını görür”.

Busaat.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov onlayn mətbuat konfransında deyib.

“Bəli, indi İrəvanda başlayan etirazları görürük. Müxalifətin bu vəziyyət barədə necə spekulyasiya etməyə çalışdığını görürük. Lakin yenə də vurğulayacağam, Dağlıq Qarabağ ətrafındakı yeddi rayonun bir ay yarım ya da iki ay əvvəl olduqları vəziyyətdə əbədi qalacağı barədə illüziyalar olmamalı idi.”,- deyə Rusiya XİN rəhbəri qeyd edib.

Xatırladaq ki, ötən gün Ermənistan müxalifəti İrəvanda kütləvi etiraz aksiyası təşkil edərək baş nazir Nikol Paşinyanın Qarabağda atəşkəs razılaşması imzaladığı üçün istefasını tələb ediblər.