Lənkəranda karantinə görə həbs edilən şəxsdən narkotik götürüldü

Lənkəranda karantinə görə həbs edilən şəxsdən narkotik götürüldübackend

Lənkəran rayonunun Parakənd kənd sakini Xamid Bəgəliyev Astara rayonunun Çayoba kəndində karantin rejimini pozaraq stasionar postu keçmək istəyərkən Astara Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən saxlanılıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, onun barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərkən X.Bəgəliyev özünü şübhəli apardığı üçün Astara Rayon Polis Şöbəsinə gətirilərək üzərinə baxış keçirilib. Bu zaman onun üzərindən 2 qrama yaxın narkotik vasitə olan tiryək aşkarlanaraq götürülüb.

Faktla bağlı Astara RPŞ-də araşdırma aparılır.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90