Leonid Slutski: Rusiyanın gücünü sınamağı məsləhət görmürəm

image-imagesbackend

“Bütün mümkün nəticələrə görə məsuliyyət Vaşinqton və Brüsselin üzərinə düşəcək”.

Busaat.az “Reuters”ə istinadən xəbər verir ki, bunu Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Leonid Slutski bildirib.

Slutskinin açıqlamasına görə, Qərb öz  hərəkətləri ilə dünyanı ən təhlükəli nöqtəyə və qlobal münaqişəyə apardığını başa düşməlidir:

“Rusiya prezidenti Vladimir Putin bir daha xəbərdarlıq edib ki, Moskvanın Qərbdən artan eskalasiya dərəcəsinə cavab vermək əzmi və bacarığına şübhə edilməməlidir. Rusiya ordusunda ən son silahlar var və atəşlə oynamamaq daha yaxşıdır. Mən heç kimə Rusiyanın gücünü sınamağı məsləhət görmürəm”.

Zeyd Bağırzadə

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki