Levandovskidən “Qızıl top” açıqlaması

Levandovskidən “Qızıl top” açıqlamasıbackend

“Bavariya”nın futbolçusu Robert Levandovski “France Football”ın bu il koronavirus səbəbindən təqdim etməyəcəyini açıqladığı “Qızıl top” mükafatı haqda danışıb.

Busaat.az xarici KİV-lərə istinadən xəbər verir ki, o, bu il “Qızıl top”a kimin layiq olduğu sualı belə cavablandırıb: “Bu il “Qızıl top”u kimə verərdim? Özümə”.

Qeyd edək ki, “Bavariya” ilə Almaniya Bundesliqası və Çempionlar Liqasını qazanan Levandovski builki “Qızıl top” mükafatına əsas namizəd hesab olunurdu.

Əlavə edək ki, FİFA-nın bu il “Qızıl top”u özünün təqdim edə biləcəyi xəbərləri yayılıb.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90