Levon Aronyan: “Növbəti dəfə qalib gələcəyik”

Levon Aronyan: “Növbəti dəfə qalib gələcəyik”backend

Erməni şahmatçı Levon Aronyan “Airthings Masters” onlayn turnirində ikinci yeri tutmasına münasibət bildirib.

Buaaat.az xəbər verir ki, o, bu barədə öz “Facebook” səhifəsində paylaşım edib:

“Yaxşı bir yarış oldu, “Ponchik” (öz itinə xitab edir – red.). Növbəti dəfə qalib gələcəyik, söz verirəm. Dəstəyiniz üçün təşəkkür edirəm”, – deyə paylaşımda qeyd edilib.

Xatırladaq ki, finalın iki turunda da erməni qrossmeyster azərbaycanlı Teymur Rəcəbova məğlub olub.

 

 

 

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90