Lisey və gimnaziyalara imtahan qeydiyyatı bu gün başa çatır

image-liseybackend

2024-2025-ci tədris ili üzrə Bakı şəhəri və ölkənin müxtəlif bölgələrində yerləşən bir sıra lisey və gimnaziyalara şagird qəbulu üçün imtahana qeydiyyat bu gün yekunlaşacaq.

Təhsil İnstitutundan Busaat.az-a bildirilib ki, qeydiyyat 13 iyun saat 15:00-da başa çatacaq.

Nəzərinizə çatdırırıq ki, qeydiyyat şagirdlərin elektron yerdəyişməsi portalı üzərindən (sy.edu.az) həyata keçirilir. Qeydiyyatla bağlı hər hansı çətinlik yaranacağı təqdirdə aşağıda qeyd olunan nömrə ilə “Whatsapp” platforması üzərindən əlaqə saxlaya bilərsiniz: (+99450) 7914631

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki