“Lotu Quli”nin dəfn olunacağı yer açıqlandı

“Lotu Quli”nin dəfn olunacağı yer açıqlandıbackend

Kriminal aləmdə “Lotu Quli” adı ilə tanınan Nadir Səlifovun cənazəsinin Azərbaycana gətirilməsi istiqamətində iş aparılır.

Busaat.az xəbər verir ki, bu barədə kriminal avtoritetin ailəsinə yaxın şəxslər bildiriblər.

Qeyd edilib ki, cənazənin Türkiyədən şəxsi təyyarə ilə gətirilməsi və dəfn mərasiminin Bakı şəhərinin Sabunçu rayonu ərazisində keçirilməsi nəzərdə tutulub.

Cənazənin nə vaxt gətiriləcəyi, dəfn və yas mərasiminin hansı şəraitdə keçiriləcəyi ilə bağlı hələlik dəqiq məlumat yoxdur.

Qeyd edək ki, N.Səlifov ötən gecə Antalyanın Serik qəsəbəsində yerləşən otelin restoranında şam yeməyi zamanı güllə ilə başından vurulub. O, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Qətli törədən şəxsin “Lotu Quli”nin yaxın çevrəsindən olan Xan Əhmədlinski olduğu bildirilir.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90