Lotu Qulinin qətlə yetirildiyi oteldə araşdırma aparıldı

Lotu Qulinin qətlə yetirildiyi oteldə araşdırma aparıldıbackend

Türkiyədə qətlə yetirilən azərbaycanlı kriminal avtoritet  Nadir Səlifovun otağında silahlar və çox sayda güllə tapılıb.

Busaat.az  xəbər verir ki, bu barədə Antalya Baş Polis İdarəsi açıqlama yayıb. Bildirilib ki, Serif rayonunun Boğazkent mahalında Səlifovun qaldığı oteldə yaxın adamı Xan Əhmədlinski tərəfindən öldürülməsi ilə əlaqədar istintaq aparılıb.

Məlumatda Xanın hadisədən sonra otel dəhlizindən qaçdığı, bu zaman əlində iki silah olan gürcü əsilli İ.D-nin (Lotu Qulinin mühafizəçisi – red.) onu təqib etdiyi və qatilin otelin qarşısında nəqliyyat vasitəsinə minərək uzaqlaşdığı qeyd edilib.Hadisə yerində aparılan axtarış zamanı 1 odlu silah və 15 patron, 2 güllə şanı, 1 giliz, 1 güllə nüvəsi, 1 tapanca, Nadir Səlifovun çantasından isə 15 patron və 1 bıçaq götürülüb

İnsident yerindən qaçan Xan Əhmədlinskinin Dənizliyə doğru hərəkət etdiyi müəyyən edildikdən sonra o, Dənizli Polis Şöbəsinin əməkdaşları tərəfindən Azərbaycan vətəndaşı olan sürücü Əhməd Həmidli ilə birlikdə saxlanılıb. Axtarış zamanı nəqliyyat vasitəsində 1 silah, 11 güllə və 1 bıçaq tapılaraq götürülüb.

Məlumatda həmçinin bildirilir ki, Xan Əhmədlinski ayaq və belindən aldığı güllə yarası səbəbiylə xəstəxanada müalicə olunub.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90