Belarus Prezidenti Aleksandr Lukaşenko Polşa ilə sərhədə gedib.
Busaat.az xəbər verir ki, Lukaşenko “Bruzqi” buraxılış məntəqəsinin yaxınlığında nəqliyyat-loqistika mərkəzində miqrant düşərgəsini ziyarət edib.
Belarus Prezidenti hazırda düşərgənin ərazisinə baxış keçirir. Onun miqrantlar qarşısında çıxışı planlaşdırılır.
Lukaşenko sərhədə kiçik oğlu Nikolayla gedib.